Müğənninin foto albomuna baxmaq üçün Şəkillər bölməsinə daxil olun.
Mələkxanım Eyubovanın veb səhifəsinə xoş gəlmisiniz.

Bioqrafiya

Azərbaycanın görkəmli xanəndəsi xalq artisti, professor Mələkxanım Eyubova Azərbaycanın dilbər güşəsi olan Şamaxıda musiqiçi ailəsində anadan olmuşdur.Uşaq yaşlarından musiqiyə böyük həvəs göstərmiş 5 illik qarmon sinfini bitirmiş və özfəaliyyət dərnəklərində mütəmadi olaraq çıxış etmişdir.1979-cu ildə M.A.Əliyev adına ADİİ-na daxil olmuşdur. Onun muğam sənəti müəllimi Azərbaycanın müxtədir sənətkarı Qulu Əsgərov olmuşdur.1980-ci ildə yeni yaradılmış “İRS” folklor ansamblına dəvət olundu və o ansamblda qədim xalq mahnılarını, toy və mərasim mahnılarını böyük məharətlə ifa edirdi.1984-cü ildə Az.dövlət tele-radio şirkətinin solisti oldu.S. Rüstəmov adına xalq çalğı alətləri orkestrində onlarla bəstəkar mahnıları, zərb muğamları lentə yazdırdı və bu gündə radionun qızıl fondunda saxlanılır. Azərbaycanı bir çox xarici ölkələrdə İtaliya,Fransa,ABŞ,Avstraliya,Avstriya,İngiltərə,İsveç,Almaniya,Rumuniya,İran,İraq,BƏƏ,Cənubi Koreya,Çexiya,Hollandiya,Belçika,Türkiyə,Rusiya və bir çox ölkələrdə Azərbaycan musiqisini layiqincə təmsil və təbliğ etmişdir.Bir çox xarici ölkələrdə kompakt diski və audio kasetləri buraxılmışdır.Bir sıra beynəlxalq müsabiqələrdə və Azərbaycanda keçirilən muğam festivalında Azərbaycanı layiqli təmsil etmişdir.1987-ci ildən bu günə kimi C.Qaryağdıoğlu adına muğam üçlüyündə solist kimi fəaliyyət göstərir.1994-ci ildən xalq artisti,professor,tarizən Möhlət Müslümovun rəhbərlik etdiyi Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblında bir çox muğam dəsgahlarını lentə aldırmışdır.1996-cı ildə Ü.Hacıbəyovun Leyli və Məcnun opearasında Leyli rolunun ifaçısı olmuşdur.Artıq 15 ilə yaxındır ki, mədəniyyət və incəsənət universitetinin muğam sənəti kafedrasında muğam sənətində dərs deyir və həmin universitetin professorudur.Xanəndənin ən uğurlu çıxışlarından biri 2011-ci ilin may ayında ABŞ-ın Hyuston şəhərindəki Qrand operasında dünya şöhrətli bəstəkar,bəstəkarlar ittifaqının sədri,xalq artisti,professor,librettosu və musiqisi Firəngiz Əlizadəyə aid olan “Mənim adım dənizdir” operasında ana rolunun ifaçısı olmuşdur.Xalq artistidir,mədəniyyət və incəsənət universitetinin professorudur,Heydər Əliyev fondunun fərdi təqaüdçüsüdür.

Mahnılar

Müğənnin mahnılarını dinləmək üçün klik edin.

Kliplər

Kliplərə baxmaq üçün klik edin

Şəkillər

Şəkillərə baxmaq üçün klik edin